“Red Gold Absheron” Azərbaycanın Abşeron yarımadasında zəfəranın becərilməsi, istehsalı və satışı ilə məşğul olan şirkətdir. Fəaliyyətə başladığımız ilk gündən etibarən, daim müştəri məmnuniyyətini hər şeydən üstün tutmuş, qatqısız, təbii və saf zəfəran təqdim etməyi qarşımıza məqsəd qoymuşuq. Belə ki, biz zəfəranın yetişdirilməsində, toplanılmasında və qurudularaq qablaşdırılmasında yalnız əl əməyi və təbii üsullardan istifadə edirik. Bizim tarlalarda kimyəvi gübrələr və herbisidlərdən istifadə olunmur. Həmçinin məhsullarımız və tarlamız Qida Təhlükəsizliyi Agentliyinin reyestrində qeydiyyatdadır. Biz sizə təbii və sertifikatlı məhsul təqdim edirik.