Əgər keyfiyyətli məhsul axtarırsızsa istehsalçı məhsul ilə bağlı sənədlərini dəqiqləşdirin. Zəfəran istehsalı və qablaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyində qeydiyyata alınmaq zəruridir. Qeydiyyat sənədləri istehsalçının zəfəran sahəsinin və qablaşdırma şəraitinin olmasını təsdiq edir. Bundan əlavə məhsulun tarixinə diqqət edin, zəfəranın saxlama müddəti 3 ildir, lakin müalicəvi məqsədlər üçün 1 ilin məhsulunu almaqda fayda var. Məhsulu diqqətlə incələyin və zəfəran stiqmalarının bütövlüyünə əmin olduqdan sonra qərar verin. Zəfəran stiqmalarının şəkili barədə internetdə və ya səhifəmizdə araşdırma edərək məlumatlana bilərsiz.
İstehlakçılara keyfiyyətli məhsul təqdim etmək hər bir satıcının öhdəliyidir və buna görə məsuliyyət daşıyır.