Əkin sahəsi

Əkin prosesi

Abşeronun incisi olan zəfəranın dünya zəfəran bazarında, o cümlədən Azərbaycan bazarında keyfiyyətli və orqanik zəfəranın tanıdılması, bununla bağlı alıcıların və istifadəçilərin məlumatlandırılması, saxta və immitasiya məhsullar ilə təbii zəfəranın fərqləndirilməsi üçün maarifləndirmə işinin aparılması, o cümlədən daxili bazarda sağlam ticari əxlaqın və sağlam rəqabətin formalaşdırılması. 

RedGold Absheron olaraq biz keyfiyyətin qorunması üçün zəfəranın yetişdirilməsi, toplanılması və qurudulması zamanı orqanik standartlara riayət olunması üçün yalnız öz sahələrimizdən toplanışmış məhsulu alıcılara təqdim edirik. Təbii zəfəranın yetişdirilməsi üçün kimyəvi tərkibli gübrələrdən istifadə edilməməlidir. Zəfəranın inkişaf etməsi sahənin otlardan təmizlənməsinə bağlıdır. Herbisidlərin istifadəsi otlarla mübarizədə effektiv olsa da torpaqda qalıntısı olma ehtimalı yüksəkdir. Bu səbəbdən təbii zəfəran yetişdiriciləri herbisid və pestisidlərin istifadəsindən çəkinməli, yemləmə gübrəsi verərkən təbii gübrələrdən istifadə etməlidirlər.