Əsas məzmuna keç

KEYFİYYƏT

Məhsul haqqında

Zəfəran Crocus sativus çiçəyinin stiqmasıdır — hər çiçəkdə üç ədəd. Bitkinin başqa heç bir hissəsi istifadə olunmur.

Güvənilir orqanik məhsul

Abşeronun incisi olan zəfəranın dünya zəfəran bazarında, o cümlədən Azərbaycan bazarında keyfiyyətli və orqanik zəfəranın tanıdılması, bununla bağlı alıcıların və istifadəçilərin məlumatlandırılması, saxta və immitasiya məhsullar ilə təbii zəfəranın fərqləndirilməsi üçün maarifləndirmə işinin aparılması, o cümlədən daxili bazarda sağlam ticari əxlaqın və sağlam rəqabətin formalaşdırılması.

RedGold Absheron olaraq biz keyfiyyətin qorunması üçün zəfəranın yetişdirilməsi, toplanılması və qurudulması zamanı orqanik standartlara riayət olunması üçün yalnız öz sahələrimizdən toplanışmış məhsulu alıcılara təqdim edirik. Təbii zəfəranın yetişdirilməsi üçün kimyəvi tərkibli gübrələrdən istifadə edilməməlidir. Zəfəranın inkişaf etməsi sahənin otlardan təmizlənməsinə bağlıdır. Herbisidlərin istifadəsi otlarla mübarizədə effektiv olsa da torpaqda qalıntısı olma ehtimalı yüksəkdir. Bu səbəbdən təbii zəfəran yetişdiriciləri herbisid və pestisidlərin istifadəsindən çəkinməli, yemləmə gübrəsi verərkən təbii gübrələrdən istifadə etməlidirlər

YOXLAMA

Saxtasını evdə dörd yolla ayırd etmək olar

Laboratoriya lazım deyil. Bu dörd test bizim məhsulumuza da eyni dərəcədə aiddir — istəsəniz, üzərimizdə sınayın.

Suda rəng

Həqiqi zəfəran isti suda rəngini yavaş, on-on beş dəqiqəyə verir və su qızılı-sarı olur. Tel isə öz qırmızı rəngini saxlayır. Dərhal qırmızı su verirsə — boyadır.

Telin forması

Stiqmanın bir ucu nazik, o biri ucu boru kimi genişlənir. Bərabər enli, düz kəsilmiş «tellər» adətən boyanmış qarğıdalı saçağı və ya safflor ləçəyidir.

Sarı hissə

Qablaşdırmada sarı və ya ağ hissələr çoxdursa, çəki tel ilə yox, sapla doldurulub. Biz sarı hissəni ayırıb atırıq.

Qoxu və dad

Qoxusu quru ot və bal arasındadır, dadı isə acıdır — şirin deyil. Şirin dad şəkərli qatqı deməkdir.