4 NƏFƏRLİK · 100 DƏQİQƏ · 0.50 Q ZƏFƏRAN
Zəfəranlı plov
- Neçə nəfərlik
- 4
- Lazım olan zəfəran
- 0.5 q
- Vaxt
- 100 dəqiqə

Tərkib
- 2 stəkan basmati və ya axtama düyü
- 1 çay qaşığı zəfəran
- 2 xörək qaşığı isti su (zəfəran üçün)
- 50 qram kərə yağı
- 1 xörək qaşığı duru yağ
- 1 çay qaşığı duz
- Su (düyünü bişirmək üçün)
- İstəyə görə: quru meyvələr (kişmiş, ərik qurusu), qoz, badam və ya şabalıd
Hazırlanması
- 01Zəfəranı isladın:
Zəfəranı kiçik kasaya tökün, üzərinə 2 xörək qaşığı isti su əlavə edin, rəng verənə qədər saxlayın (ən az 30 dəqiqə). - 02Düyünü hazırlayın:
Düyünü bir neçə dəfə yuyun və ilıq suda 30 dəqiqə islağa qoyun. - 03Düyünü bişirin:
Qazana su və duz əlavə edin, qaynadıqdan sonra düyünü əlavə edin. Düyü yarıbişmiş olanda süzün. - 04Yağlayın və dəmləyin:
Qazanın dibinə azca duru yağ və ya kərə yağı tökün. İstəsəniz altına lavaş və ya kartof da qoya bilərsiniz. Düyünü qazana qat-qat tökün, hər qata zəfəran suyu gəzdirin. - 05Dəmləmə:
Qapağın altına salfet və ya dəsmal qoyun. Plovu zəif odda 30-40 dəqiqə dəmləyin.