6 NƏFƏRLİK · 90 DƏQİQƏ · 0.15 Q ZƏFƏRAN
Şirin plov
Plovda zəfəran həm rəng, həm ətirdir. Bütün düyünü boyamaq lazım deyil: bir hissəsini boyayıb üstə səpmək həm daha az zəfəran aparır, həm də süfrədə daha yaxşı görünür.
- Neçə nəfərlik
- 6
- Lazım olan zəfəran
- 0.15 q
- Vaxt
- 90 dəqiqə

Tərkib
Plov
- 3 stəkan uzunsov düyü
- 150 q kərə yağı
- Duz
- 0.15 q zəfəran — dəmləmə şəklində
Qara (üstlük)
- 200 q quru ərik
- 150 q kişmiş
- 100 q şabalıd
- 2 soğan
Hazırlanması
- 01Düyünü duzlu suda bir saat isladın, sonra qaynar suda yarımçıq bişirin və süzün.
- 02Qazanın dibinə qazmaq qoyun, düyünü üstünə töküb yağ gəzdirin, örtüb aşağı odda dəmə qoyun.
- 03Bu vaxt qaranı hazırlayın: soğanı yağda qızardın, quru meyvələri əlavə edin, üstünə bir az su vurub örtün.
- 04Plov dəmə gələndə bir kasa düyü götürüb zəfəran dəmləməsi ilə qarışdırın — bu, sarı düyü olacaq.
- 05Ağ düyünü boşqaba yığın, sarını üstünə səpin, qaranı yanına qoyun.
BİR KLİKLƏ SƏBƏTƏ
Bu resept üçün lazım olan
- Orqanik zəfəran
1 q · 38 ₼ · 38.00 ₼/q
Bu resept 6 nəfərə 0.15 q zəfəran aparır — bir qramlıq qablaşdırma təxminən 7 dəfəyə çatır.
DAVAMI



