Skip to main content

SERVES 6 · 90 MIN · 0.15 G SAFFRON

Şirin plov

Plovda zəfəran həm rəng, həm ətirdir. Bütün düyünü boyamaq lazım deyil: bir hissəsini boyayıb üstə səpmək həm daha az zəfəran aparır, həm də süfrədə daha yaxşı görünür.
Serves
6
Saffron needed
0.15 g
Time
90 min
Zəfəranla boyanmış plov, ağ boşqabda

Ingredients

Plov

  • 3 stəkan uzunsov düyü
  • 150 q kərə yağı
  • Duz
  • 0.15 q zəfəran — dəmləmə şəklində

Qara (üstlük)

  • 200 q quru ərik
  • 150 q kişmiş
  • 100 q şabalıd
  • 2 soğan

Method

  1. 01
    Düyünü duzlu suda bir saat isladın, sonra qaynar suda yarımçıq bişirin və süzün.
  2. 02
    Qazanın dibinə qazmaq qoyun, düyünü üstünə töküb yağ gəzdirin, örtüb aşağı odda dəmə qoyun.
  3. 03
    Bu vaxt qaranı hazırlayın: soğanı yağda qızardın, quru meyvələri əlavə edin, üstünə bir az su vurub örtün.
  4. 04
    Plov dəmə gələndə bir kasa düyü götürüb zəfəran dəmləməsi ilə qarışdırın — bu, sarı düyü olacaq.
  5. 05
    Ağ düyünü boşqaba yığın, sarını üstünə səpin, qaranı yanına qoyun.

TO THE CART IN ONE CLICK

What this recipe needs

This recipe uses 0.15 g of saffron for 6 people — a one-gram pack makes it roughly 7 times.

MORE

Other recipes