Skip to main content

ABŞERON YARIMADASI · 2017-Cİ İLDƏN

Ədviyyatların
baş tacı

Bilgəhin qumlu torpağında becərilir, noyabrın on günündə əl ilə yığılır, həmin gün ayrılıb kölgədə qurudulur.

10
günlük yığım
150 000
çiçək / 1 kq
100%
tel, qatqısız
Taxta qaşıqda yığılmış zəfəran telləri
  • Free deliveryThe delivery fee is confirmed by our operator when the order is confirmed
  • Right of returnIf the pack is unopened, you may cancel within 7 working days
  • Secure paymentCard details never reach us — payment is made at the bank with 3-D Secure
  • Gift wrappingA handwritten greeting card; no price slip goes in the parcel

ONLAYN MAĞAZA

Bir zəfəran, beş qablaşdırma

Fərq yalnız çəki və qabdadır — içindəki eyni partiyadan gəlir. Ona görə hər qiymətin altında qram başına dəyər yazılıb.

BİR QRAMIN İÇİNDƏ

Bir qramın içində

450

damğa. Bir qram quru zəfəran təxminən 150 çiçəkdən yığılır və hər çiçəkdə cəmi üç damğa olur.

From flower to jar, six steps
  1. Noyabr, on gün

    Çiçək

    Çiçək payızda, gecə ilə səhər arasında açır və günortaya qədər solur.

  2. Səhər 6:00 — 10:00

    Yığım

    Çiçək əl ilə, sapından qoparılır və səbətə qoyulur.

  3. Yığımdan sonra, həmin gün

    Ayırma

    Hər çiçəkdən üç qırmızı damğa əl ilə ayrılır.

  4. Eyni gün, kölgədə

    Qurutma

    Tellər kölgədə, təbii hava axını ilə qurudulur.

KEYFİYYƏT

Həqiqi olduğunu özünüz yoxlayın

Dünyada satılan zəfəranın böyük hissəsi ya qatqılıdır, ya da ümumiyyətlə zəfəran deyil. Aşağıdakı dörd yoxlama bizim məhsulumuza da eyni dərəcədə aiddir.

Enter the lot number from the lid.

For example: RG-2025-0412

Suda rəng

Həqiqi zəfəran isti suda rəngini yavaş, on-on beş dəqiqəyə verir və su qızılı-sarı olur. Tel isə öz qırmızı rəngini saxlayır. Dərhal qırmızı su verirsə — boyadır.

Telin forması

Damğanın bir ucu nazik, o biri ucu boru kimi genişlənir. Bərabər enli, düz kəsilmiş «tellər» adətən boyanmış qarğıdalı saçağı və ya safflor ləçəyidir.

Sarı hissə

Qablaşdırmada sarı və ya ağ hissələr çoxdursa, çəki damğa ilə yox, sapla doldurulub. Biz sarı hissəni ayırıb atırıq.

Qoxu və dad

Qoxusu quru ot və bal arasındadır, dadı isə acıdır — şirin deyil. Şirin dad şəkərli qatqı deməkdir.

SƏNƏDLƏR

Üç sənəd, hər biri nəyi təsdiqləyir

Əmtəə nişanı
«Red Gold» adının və nişanının qeydiyyatı. Nişanı başqasının məhsulunda görsəniz, bizim deyil.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
Uyğunluq sertifikatı
Məhsulun normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiqləyir.
«AZ-Quality Cert» MMC
AQTA Reyestrdən çıxarış
Qida sahəsində fəaliyyət göstərən subyekt kimi dövlət reyestrində qeydiyyat.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

RESEPTLƏR

Aldınız. İndi nə qədər qoymalı?

Ən çox edilən səhv çox qoymaqdır — zəfəran çox olanda ətir yox, acılıq verir. Hər reseptdə ölçü qramla yazılıb və lazım olanı bir kliklə səbətə ata bilərsiniz.

XƏBƏRLƏR

Zəfəran haqqında

HƏDİYYƏ

Qutunun özü hədiyyənin yarısıdır

Təbrik mətnini sifariş zamanı yazırsınız — kartı əl ilə yazıb qutuya qoyuruq. Bağlamaya qiymət kağızı əlavə olunmur. İstəsəniz birbaşa hədiyyə edəcəyiniz şəxsin ünvanına göndəririk.

Kəndir və qurudulmuş çiçəklərlə bəzədilmiş hədiyyə qutuları